“Səbail” klubu yeni mövsümə hazırlıq məqsədi ilə transfer işlərini davam etdirir.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçusu Süleyman Əhmədovla başa çatan müqavilənin müddətini yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayı.
24 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Əhmədov "Səbail"in heyətində ötən mövsüm Premyer Liqada 12 oyunda (565 dəqiqə) meydana çıxıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.