Millimizin sabiq üzvü Ağabala Ramazanov karyerasını başa vurub.
Sportliqa.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
32 yaşlı yarımmüdafiəçi bu qərarı verməyin çox çətin olduğunu bildirib: "Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!".
Xatırladaq ki, son klubu "Səbail" olan Ağabala ötən mövsüm ağır zədə aldıqdan sonra 5 ay futboldan kənarda qalmışdı. O, "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "İnter" və "Qarabağ"da da çıxış edib.