"Şamaxı" klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportliqa.az xəbər verir ki, bölgə klubu növbəti legioner transferini həyata keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi Brahim Konate ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.
28 yaşlı futbolçu “Nior”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.