“Komandada mehriban ah-hava var, hamı bir ailə kimidir. Sağ olsunlar, məni də çox yaxşı qarşıladılar”.
Sportliqa.az xəbər verir ki, bu sözləri bu sözləri “Zirə”nin yeni transferlərindən olan Aydın Bayramov deyib.
28 yaşlı qapıçı “Turan Tovuz”dan ayrıldıqdan sonra məhz “Zirə”ni seçməsinin səbəbini belə izah edib: “Zirə”yə qarşı simpatiyam var idi. Zəng gələndə heç düşünmədim də. Təklif gəldi, səhəri gün görüşüb söhbət etdik və razılaşdıq”.
A.Bayramov yeni komandasında rəqabətə hazır olduğunu bildirib: “Zirə”də digər mövqelərdə olduğu kimi, qapı xəttində də güclü rəqabət var. Lakin təkcə Tiaqo Silvanı deyil, Anar Nəzirovu da qeyd etməliyəm. Lakin rəqabətdən qorxmuram. Çalışacağam ki, özümü maksimum dərəcədə yaxşı tərəfdən göstərim və məşqçilərin etimadını doğruldum. Kimin oynayıb-oynamayacağına isə məşqçilər qərar verəcək”.
Artıq bir neçə gündür “Zirə” yeni mövsümün hazırlıqlarına başlayıb. Bayramov hazırlıqların yaxşı keçdiyini söyləyib: “Şükür Allaha, hər şey yaxşıdır. Boluda hər cür şəraitimiz var. Bütün komanda canla-başla məşqçilərin verdikləri tapşırıqları yerinə yetirir. Kollektivdə atmosfer əladır”.(Qol.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.