"Qarabağ"ın Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli ilə danışıqlara başladığı barədə xəbər vermişdik.
Sportliqa.az-ın məlumatına görə, Ağdam təmsilçisi artıq 26 yaşlı forvarda rəsmi təklif yollayıb. Lakin karyerasını Azərbaycanda davam etdirməyi son variant kimi nəzərdə tutan Emreli "Qarabağ" rəhbərliyindən vaxt istəyib.
Əgər Mahir ölkə xaricində növbəti iş yeri tapmasa, yenidən "köhlən atlar"ın uğurları üçün çalışacaq.
"Qarabağ" da öz növbəsində Emreliyə vaxt verib. Belə ki, Ağdam klubu Avstriyada keçiriləcək təlim-məşq toplanışına qədər futbolçudan fikrini qətiləşdirməsini istəyir.
Qeyd edək ki, həmyerlimizin "Dinamo" ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcud olsa da, o, vaxtından əvvəl Xorvatiya təmsilçisindən ayrılacaq.
Daşqın Əziz