"Sabah” yarımmüdafiəçi Kristian da Silva ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.