Premyer Liqaya yenidən qayıdan "Şamaxı" tərəfdaşlıq müqaviləsinə imza atıb.
Sportliqa.az xəbər verir ki, klub "QOLAT Sport Services" şirkəti ilə saziş bağlayıb.
Razılaşmaya görə, kompaniya bölgə təmsilçisi üçün agent işləri görəcək. Bundan əlavə, şirkət "Şamaxı" ilə bağlı futbol, idman layihələri, seminarları keçirəcək.
Qeyd edək ki, "QOLAT Sport Services"in təsisçisi agent Səid Bağırovdur. O, Azərbaycanın imtahanla FİFA lisenziyası almağı bacaran ilk meneceridir.
Mənbə: Sport1.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.