Rusiyanın tanınmış futbol məşqçisi, "Qəbələ" və "Lokomotiv"(Moskva) klublarını çalışdırmış Yuri Syomin Kurban Berdıyevin "Turan-Tovuz"a baş məşqçi təyin olunmasına münasibət bildirib.
Sportliqa.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli mütəxəssis bunları deyib:
"Berdiyev böyük təcrübəyə və yüksək keyfiyyətlərə malik məşqçidir. Lakin Azərbaycanda “Qarabağ”la rəqabət aparmaq çətindir, onların çox güclü məşqçisi və çox yaxşı təşkilatçılığı var. Berdıyev “Qarabağ”la rəqabət apara bilsə, yaxşı olacaq. Amma komandanın beynəlxalq səviyyəyə çıxa biləcəyi haqda bir söz söyləyə bilmirəm. Orada çox ciddi klub olan “Neftçi” də var. Berdıyev hər şeyə nail olub, onun biliyi ilə klub daha yaxşı oynayacaq".