Qurban Berdıyev özünə azərbaycanlı köməkçi götürüb. “Turan Tovuz”un baş məşqçisi Cavid Hüseynovu məşqçilər korpusuna daxil edib.
Sportliqa.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bir mövsüm “Şamaxı”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən, amma komandanı Premyer Liqada saxlaya bilmədyi üçün istefa verən Hüseynov son mövsüm 2-ci Liqada mübarizə aparan “Cəbrayıl”ı 1-ci Liqaya yüksəltməyi bacardı.
İndi isə o, vaxtilə oynadığı Qərb təmsilçisinə məşqçi kimi qayıdıb.
Hüseynovla yanaşı, Berdıyevin özü ilə gətirdiyi iki köməkçisi də olacaq. “Turan Tovuz”a bir həkim və iki qapıçı da gətirən mütəxəssis, rəhbərlikdən yeni transferlər istəyir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.