“Turan Tovuz” yeni baş məşqçisi Kurban Berdıyevlə 2+1 illik müqavilə imzalayıb.
Sportliqa.az sportinfo.az-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssisin bölgə təmsilçisində maaşı məlumdur.
O, ilk mövsümündə 250 min dollar qazanacaq. Sonrakı mövsümdə bu rəqəm daha 100 min dollar artacaq.
Müqavilənin üçüncü bölümünün qüvvəyə minməsi isə klub rəhbərliyindən asılıdır: nəticələr onları razı salarsa, baş məşqçiyə "qal" deyiləcək.
Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo”ya (Mahaçqala) rəhbərlik edib.
Türkmənistanlı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub.
O, 2020-21 mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.