"Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk “Qarabağ”la müqavilə imzalayacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Sportliqa.az xəbər verir ki, dünən 24 yaşını qeyd edən ukraynalı "TaToTake" portalına açıqlamasında bunları deyib:
"Bizim medianın bu xəbəri yekdilliklə qəbul etdiyni görmüşəm, amma internetdə yazılanların hamısına inanmaq lazım deyil. Təbii ki, "Qarabağ"la müqavilə imzalamamışam və bunu etmək niyyətində deyiləm. Hazırda Kiyevdə fərdi proqram üzrə yeni mövsümə hazırlaşıram və eyni zamanda klublardan gələn təklifləri nəzərdən keçirirəm".
Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümündə "Sabah”da icarə əsasında oynayıb. Yarımmüdafiəçinin "Şaxtyor"la müqavilə müddəti bu gün başa çatacaq.