"Qarabağ"ın vingeri Abdulla Zubir Ağdam klubu ilə yeni müqavilə barədə təəssüratlarını bölüşüb.
Sportliqa.az xəbər verir ki, mərakeş əsilli fransalı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Gəlin bu gözəl klub üçün işləməyə davam edək. Hər kəsə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Zubir dünən "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb.
O, 2018-ci ildən Azərbaycan çempionunun üzvüdür.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.