Bosniya və herseqovinalı müdafiəçi Adi Mehremiç “Səbail”dən ayrılıb.
Sportliqa.az xəbər verir ki, futbolçu bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bosniyalı Bayıl klubuna təşəkkür edib:
“Bura gəldiyim ilk gündən özümü yalnız evdəki kimi hiss etdim. Oğlum burada doğuldu, ona görə də mən “Səbail” və Bakı ilə daha da bağlılıq hiss edirdim. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Klubdakı bütün insanlar mənə və ailəmə sevgi və dəstək verdilər. Vidalaşmıram, “görüşənə qədər” deyirəm. Hamınızı sevirəm".
Xatırladaq ki, 32 yaşlı mərkəz "dənizçilər"ə 2022-ci ildə Türkiyənin “İstanbulspor” komandasından gəlmişdi.