Növbəti mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"la qarşılaşıb. "Sumqayıt" matçda hesabı açsa da, 85 və 88-ci dəqiqədə buraxdığı qollarla 1:2 hesabı ilə uduzub.
Qızılcahamam stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.
7 iyul
"Sumqayıt" - "Orenburq" - 1:2
Qollar: Nihad Əhmədzadə, 40 (1:0), Matias Peres, 85 (1:1), Brayan Mansilya, 88 (1:2)