Hazırlığın Bakı mərhələsini bu gün keçirilən yoxlama oyunu ilə başa vuran “Araz-Naxçıvan” əvəzedici heyətlə qarşılaşıb.
Sportliqa.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan matçda hesabı “ikincilər” açsa da, qələbəni əsas komanda qazanıb – 3:1.
Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.
Bununla da komanda iyunun 28-dən davam edən hazırlığın birinci mərhələsini yekunlaşdırdı. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Erzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.