![Gimnastlara qarşı zorakılıqda ittiham olunan nazir müavini Mariana Vasilyeva işdən çıxarılıb](https://sportliqa.az/upload/news/3944/770x552/WhatsApp-Image-2025-01-17-at-13.46.53.jpeg)
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı məlum olub.
Sportliqa.az xəbər verir ki, toplantı iyulun 12-də, qurumun inzibati binasında keçiriləcək.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib:
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Digər məsələlər