"Beşiktaş"ın forması geyinən Aydın Hasiçə "Neftçi"dən təklif gəlib.
Sportliqa.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Bakı klubunun Bosniya və Herseqovinadan olan futbolçunu icarəyə götürmək istədiyi bildirilib. İstanbul təmsilçisinin bu təşəbbüsə isti yanaşdığını qeyd olunub.
"Beşiktaş"ın müqavilə müddəti başa çatan 22 yaşlı vingerlə sözləşməni yeniləcəyi, bundan sonra isə "Neftçi"yə icarəyə verəcəyi gözlənilir.
Qeyd edək ki, Zaqreb "Dinamo"sunun yetirməsi olan Aydın Hasiç 2020-ci ilin yanvarında Türkiyə klubuna transfer olunub. O, ötən mövsümü "Sarayevo"da (Bosniya və Herseqovina) keçirib, 33 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Vingerin "Beşiktaş"la müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 800 min avro kimi qeyd edib.