“Qarabağ”ın futbolçusu Yassin Benzia xaricdən növbəti təklif alıb.
Sportliqa.az Azerisport.com-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubu hücumameyilli yarımmüdafiəçini sıralarında görmək istəyir.
Ərəblərin nümayəndələri 29 yaşlı əlcəzairli ilə bu yay müqavilə imzalamaq niyyətindədirlər. Benzia “Qarabağ”dan ayrılmağa can atmır. Amma məsələ yay aylarında yekun həllini tapacaq.
Qeyd edək ki, Benzianın Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az