"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, "dənizçilər" Ayman Bualini heyətinə cəlb edib.
Mərakeşli hücumçu ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.
Buali 2023/2024 mövsümündə çıxış etdiyi "Ümraniyespor"da (Türkiyə) 21 oyunda 1 qol vurub.
Qeyd edək ki, "Səbail" bu yay Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruçça, Mert Çelik, Gülağa Əsədov və Əlirza Müştəbəzadəni də heyətinə cəlb edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.