"Qarabağ" klubu tezliklə heyətinə yeni futbolçular qatacaq.
Sportliqa.az xəbər verir ki, hazırda klub üçün priotetit olan qapıçı transferidir. Məlum olduğu kimi, Andrey Lunyov və Luka Quqeşaşvili ilə müqavilə uzadılmayıb. Digər ehtiyat qapıçı Amin Ramazanov isə ağır zədə alıb və yalnız 8 ay sonra sıraya dönə biləcək.
Faktiki olaraq bu gün əsas komanda bir qapıçı - yeni transfer Fabiyan Buntiç ilə məşq edir. Lakin "Qarabağ"a əlavə 2 qapıçı da lazımdır.
İyulun 23-də Ağdam klubu Çempionlar Liqasında (ikinci mərhələdən) mübarizə başlayacaq. Həmin oyuna qədər isə "Qarabağ" bu məsələni yoluna qoymalı və UEFA-ya ikinci mərhələ üçün sifariş ərizəsi göndərməlidir.
Odur ki, biz çox yaxın günlərdə "Qarabağ"ın iki qapıçı transferinə şahid ola bilərik. Əldə etdiyimiz məlumata görə, hazırda Ağdam təmsilçisi əcnəbi qapıçılarla intentiv danışırlar aparır.
Xatırladaq ki, hazırda Qurban Qurbanovun komandası Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışındadır.
Mənbə: Qol.az