“Səbail” klubunda növbəti ayrılıq baş verib.
Sportliqa.az xəbər verir ki, keniyalı futbolçu Ayub Masika paytaxt klubundan ayrılıb.
32 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında bildirib. Afrikalı forvard komanda ilə vidalaşıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından “Səbail"də çıxış edən Ayub Masika “dənizçilər”in heyətində 16 rəsmi oyunda meydana çıxıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.