Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Sportliqa.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.
33-cü dəfə təşkil olunacaq yarışın mükafatları uğrunda 10 komanda – “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.
Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 2-də start veriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.