Yeni mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, Roman Qriqorçukun komandası Türkiyə Superliqası təmsilçisi "Sivasspor"la qarşılaşıb. Oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin qollarını Mark Tamaş (27) və Yeqor Boqomolski (79) vurub.
Qeyd edək ki, "Neftçi" Türkiyədəki ilk yoxlama matçında "Alanyaspor"a 3:1 qalib gəlib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.