"Kəpəz"in yoxlama oyunu keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq.
İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz" bunadək 2 yoxlama oyunu keçirmişdi. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.