Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün 1-ci turuna yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib.
Premyer Liqaya qayıdan "Şamaxı" "Sabah"ın qonağı olub. Meydan sahibləri 2:0 öndə olsa da, "Şamaxı" hesabı bərabərləşdirməyi bacarıb və səfərdə 1 xal qazanlb - 2:2.
Turun son qarşılamasında "Zirə" "Səbail"i qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
4 avqust (bazar)
20:00. “Zirə”– “Səbail” - 4:1
Qol: Davit Volkov, 12 (1:0), 27 (2:0), 45 (3:0), Ayman Bouali, 49 (3:1), İssa Cibrila, 90+5 (4:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu