"Şamaxı" klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Sportliqa.az-ın məlumatına görə, "şirlər" almaniyalı sol cinah vingeri Leroy-Ceks Mikelsi sıralarına qatacaq.
29 yaşlı futbolçu artıq bölgə təmsilçisində tibii müayinədən keçib. Onun transferinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, o, hazırda müqavilə Səudiyyə Ərəbistanının "Əl-Taraji" klubuna məxsusdur.
Onu da əlavə edək ki, adıçəkilən oyunçu "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin qardaşıdır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.