
Son olaraq "Qəbələ"də çıxış etmiş Rəşad Əzizli klubsuz qalıb.
"Qırmızı-qaralar"la bu ilin iyununda müqaviləsi başa çatan 30 yaşlı "əlcək sahibi" ilə maraqlanan, təklif göndərən klublar yoxdur. Lakin formada qalmağa çalışan qolkiper məşqlərdən qalmır.
Klubsuz qalan Əzizli Pressing.az-a açıqlamasında ona hələlik real təklif olmadığını söyləyib:
"Hələlik heç bir təklif yoxdur. Futboldan uzaq qalsam da, məşqləri davam etdirirəm. Formada qalmağa çalışıram. Ediləcək təklifləri dəyərləndirməyə hazıram".
Qeyd edək ki, sözügedən qapıçı "Neftçi" və "Şamaxı" klublarında da çıxış edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.