"Araz-Naxçıvan" klubunun futbolçusu Karlos Jatoba İstanbulda axill tendon nahiyəsindən əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən aparılan cərrahiyyə əməliyyatı uğurlu alınıb. Futbolçu avqustun 27-də Bakıya dönəcək.
Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda meydana çıxıb.