UEFA Çempionlar Liqasında “Sabah”la üz-üzə gələcək İspaniyanın “Barselona” komandasının Bakıda media üçün açıq məşqinin vaxtı açıqlanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
Kataloniya klubunun oyundan əvvəl mətbuat konfransı noyabrın 24-də saat 19:15-də, media üçün açıq məşqi saat 20:00-da start götürəcək.
“Sabah”ın mətbuat konfransı eyni gün saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq.
Hər iki tədbir Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.
Liqa mərhələsinin 5-ci turunun “Sabah” – “Barselona” matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az