Azərbaycan Premyer Liqasının 4-cü turunda keçirilən "Qarabağ" - "Turan Tovuz" matçından (0:1)sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
Sportliqa.az xəbər verir ki, əvvəlcə oyunla bağlı danışan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- İki kəlmə ilə ifadə etmək mümkün olsa, futbolçularıma bu oyuna, nizam-intizama görə təşəkkür edirəm. "Qarabağ"a "Dinamo" ilə oyunda uğurlar arzu edirəm. İnanıram ki, mərhələni keçməyi bacaracaqlar.
- "Neftçi" ilə oyundan sonra demişdiz ki, oyundan razı qaldım, amma nəticədən yox. Bəs bu gün necə?
- Əlbəttə, nəticədən çox razı qaldım. Bu, "Qarabağ"dır. Azərbaycan futbolunun flaqmanı sayılır.