Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Bu, meydan sahiblərinin yeni mövsümdə ilk ev oyunu olub. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da "Neftçi"nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb. "Ağ-qaralar" 4 oyunda heç-heçə edib, 1 görüşdə isə uduzub.
Günün ikinci matçında isə “Sabah” Tovuzda “Kəpəz”in qonağı olub. Adil Şükürovun baş məşqçi vəzifəsindən getməsindən sonra Gəncə klubunu bu oyuna əvəzedici heyətin çalışdırıcısı Xaliq Mərdanov çıxarıb. "Kəpəz" oyunda 2:0 önə keçsə də, "Sabah" 3 qol vuraraq əzmkar qələbə qazanıb.
Qeyd edək ki, dünən start götürən tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.
5-ci tur
31 avqust (şənbə)
19:30.“Kəpəz” –“Sabah” - 2:3
Qollar: Viktor Braqa, 10 (1:0), Lassana Ndiaye, 18 (2:0), Coy Lens Mikels, 53 - pen. (2:1), Cessi Sekidika, 70, (2:2), Coy Lens Mikels, 85 (2:3)
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu
17:00. “Şamaxı” – “Neftçi” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
Şamaxı şəhər stadionu