
"Neftçi"nin əcnəbi sevdası gündən-günə alovlanır.
Sportliqa.az-ın məlumatına görə, paytaxt klubu daha bir posta xarici persona gətirəcək.
Belə ki, Rüstəm Allahverdiyevin gedişindən sonra boş qalan Marketinq departamenti əcnəbiyə tapşırılacaq. "Ağ-qaralar"ın rəhbərliyi artıq bu yöndə fəaliyyətə keçib.
Böyük ehtimalla, yeni marketinq rəhbəri klubun türkiyəli baş icraçı direktoru Cenk Sümerin həmyerlisi olacaq.
Elsevər Muradzadə
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması