Azərbaycanda nəinki futbol, ölkə adına əlamətdar hadisə yaşanıb.
Belə ki, ötən gün Prezident İlham Əliyev işğaldan azad edilən Ağdam şəhərində 11,700 nəfər tamaşaçı tutumuna malik olacaq "İmarət" stadionunun təməlini qoyub.
Bu müstəsna hadisə daha çox "Qarabağ" klubunu sevindirməli idi. Lakin Ağdam təmsilçisinin sosial şəbəkə hesablarına göz gəzdirəndə buna şahid ola bilmirik.
Dünəndən bəri klubun sosial media platformalarında "İmarət" stadionunun təməlqoyma mərasimi ilə bağlı bir paylaşım belə edilməyib. Eyni zamanda, "Qarabağ" rəsmilərindən də heç kim bununla bağlı paylaşım etməyi lüzum görməyib.
Fəqət 30 illik işğal dövründə "Qarabağ"ın prezidenti Tahir Gözəldən tutmuş, əksər rəsmi şəxslər pafoslu açıqlamalarında "İmarət"ə qayıtmağı arzulayırdılar.
Görünən odur ki, bu, sadəcə publikaya oynamaq üçün deyilən sözlər imiş.
... Və ya "Qarabağ" "İmarət"ə qayıtmaq istəyirmi?..
Tarıyel