"Neftçi" klubu Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"a uduzub (0:4) və tarixinin antirekorduna imza atıb.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib
"Ağ-qaralar"ın buna qədər mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib.
Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən "bakılılar" seriyasını 7-ci cəhddə sona çatdırıb.
Roman Qriqorçukun komandası cari mövsüm Premyer Liqada 7 turdan sonra 4 xal toplayıb.