"Qarabağ"ın akademiyasıyla bağlı xoşagəlməz xəbər var.
Belə ki, övladı Ağdam klubunun akademiyasında çıxış etmiş jurnalist Ceyhun Əzizli oğlu oradan ayrıldıqdan sonra "Qarabağ"a etirazını bildirib.
Feysbuk hesabında paylaşım edən Ceyhun bəy "Qarabağ"ın verilən formaları geri istədiyini bildirib. Onun sözlərinə görə, qocaman klub 1 il 2 ay əvvəl övladına təqdim olunan və hazırda yararsız halda olan formaları geri istəyir.
Sitat: "Qarabağ" akademiyası 1 il 2 ay əvvəl verdiyi formaları istəyir, deyirlərki cırıq formaları Fevzi Aras (Fevzihan Araz "Qarabağ" futbol kludunun İdarə Heyətinin üzvüdür - red.) "KURSA" satacaq!"
***
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.