“Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gələn “Zenit”i tanış sima qarşılayıb.
Sportliqa.az xəbər verir ki, dünən paytaxtımıza təşrif buyuran Rusiya klubunu qarşılamaq üçün hazırda “Qarabağ”da çıxış edən Andrey Lunyov onların məskunlaşdıqları otelə gedib.
2017-2021-ci illərdə ölkəsində “Zenit”in formasını geyinmiş 32 yaşlı qolkiper sabiq komanda yoldaşları ilə uzun müddət söhbət edib.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” oyunu saat 21:00-da başlayacaq.