"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gələcək.
Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.
Qrupda yalnız 1-ci yeri tutan komanda 1/8 finala yüksəlir.
Komandaların xal durumu: "Piast" – 4 xal, "Bubamara" - 3 xal, "Araz-Naxçıvan" - 3 xal, "Uypeşt" – 0 xal.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az