Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Sportliqa.az xəbər verir ki, Fəmiil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb. “C” səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.
Azərbaycan millisinin növbəti rəqibi Vyetnam olacaq. Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olacaq. Beləliklə, millimiz dünya çempionatını 84-cü yerdən aşağıda başa vurmayacaq.
Qeyd edək ki, dünya çempionatında ümumilikdə 189 ölkənin yığması iştirak edir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az