Türkiyə futbolunda hakimlik və VAR sahəsində uzun illər çalışan Murat İlqaz növbəti mövsümdən etibarən Azərbaycanda fəaliyyət göstərəcək.
"Sportliqa"nın əldə etdiyi məlumata görə, 69 yaşlı mütəxəssis AFFA-da hakimliyin inkişafı istiqamətində çalışacaq. Onun əsas fəaliyyət istiqamətləri VAR sisteminin təkmilləşdirilməsi, hakim və VAR hakimlərinin hazırlığı, təlim proqramlarının təşkili, həmçinin hakimlərin qiymətləndirilməsi və UEFA standartlarının tətbiqi olacaq.
Murat İlqaz 1982–2002-ci illərdə Türkiyədə hakimlik edib. Daha sonra Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsində müxtəlif vəzifələrdə çalışıb, VAR koordinatoru və MHK sədr müavini kimi fəaliyyət göstərərək ölkədə VAR sisteminin qurulması və inkişafında mühüm rol oynayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az