
"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Milde" ilə 2:2 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, Norveçdəki bərabərlik UEFA reytinqində Azərbaycanın xal ehtiyatını artırıb. Heç-heçə sayəsində ölkə reytinqinə daha 0,500 xal əlavə edilib.
Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.