Kişi voleybolçuların Super Liqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk turun oyunları oktyabrın 23-24-də keçiriləcək.
Turun ilk günündə Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində iki qarşılaşma baş tutacaq.
Saat 16:00-da “Azərreyl” və “Gənclər”, 18:00-da isə “Murov Az Terminal” və “Ordu” komandaları qarşılaşacaqlar.
1-ci turun son oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.
Kişi voleybolçuların Super Liqasında oyunlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.
İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az