Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalından əvvəl Azərbaycan yığmasının açıq məşqi təşkil olunub.
Sportliqa.az xəbər verir ki, hazırlıq prosesi Hövsan Yarış Kompleksində gerçəkləşib.
Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az