“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edənlərdəndir.
Sportliqa.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 5 matçda 19 dəfə komandasını qoldan xilas edib. Rus "əlcək sahibi" “Şerif”də çıxış edən həmkarı Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.
“Rakuv”da Vladan Kovaçeviç (25) birinci, “Aris”dən Vana (24) ikinci, “Ştrum”dan Kyell Sherpen isə (20) üçüncü sıradadır.