Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, Yüksək Liqa çərçivəsində “Gəncə” ilə UNEC komandaları üz-üzə gələcəklər.
Gəncəlilər yanvarın 13-də hesabında xal olmayan rəqibi Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq.
Turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”a (3:0), “Murov Az Terminal” isə “Azərreyl”ə (3:2) qalib gəlib.
Qeyd edək ki, hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci pillədədirlər. Sonuncu yerdə qərarlaşan UNEC-in hesabında xal yoxdur.