“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf yayda müqavilə imzaladığı “Universitatya Krayova”dan ayrılıb.
Sportliqa.az saytı xəbər verir ki, 47 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Al Tai” klubuna rəhbərlik edəcək.
Bu keçid üçün Regekampf keçmiş klubuna 300 min avro təzminat ödəyib. “Universitatya Krayova” rəhbərliyinin boş qalan baş məşqçi postuna əsas namizədi hazırda “Neftçi”ni çalışdıran Adrian Mutudur.
Bildirilib ki, Mutunun da “Neftçi”dən ayrılmaq ehtimalı var. “Ağ-qaralar”ın ardıcıl uğursuz nəticələrinin ardından onun istefaya göndərilməsi müzakirə mövzusuna çevrilib. “Universitatya Krayova” Mutu ilə artıq ilk təmasını qurub. Rumınlar hazırda gənc mütəxəssisin “Neftçi”dəki durumunu izləyir.
Qeyd edək ki, Adrian Mutu yay fasiləsində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. O, məhz Regekampfı əvəzləmişdi.