“Sabah”ın baş məşqçisi Murad Musayev 2021-ci ildə Rusiya klubu “Krasnodar”dan ayrılmasının səbəbini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, Rusiya mətbuatına danışan 40 yaşlı mütəxəssis bəzi məqamların orada qalmasına mane olduğunu izah edib:
“Bəziləri üçün yükün 50 faizi bazadan götürülməli idi, digərləri üçün 60 faizi. Bəziləri isə ümumilikdə günü istirahətlə keçirmək istəyirdi. Mənim gördüyüm futbolda işləməsən, axınla getməyə başlayırsan, artıq komandanı idarə edə bilmirsən. Oyunlarda qalib gələ, bəzi taktiki nüanslar tətbiq edə bilərsiniz. Ancaq komanda işləmirsə, mənim üçün bu, dalana dirənir”.
Qeyd edək ki, Murad Musayev 2018-2021-ci illərdə “Krasnodar”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında iki dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. 2021-ci ilin aprelində “Axmat”a 0:5 hesablı məğlubiyyətdən sonra istefa verən gənc mütəxəssis həmin ilin oktyabrından “Sabah”a rəhbərlik edir.