Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün 1 matç keçirilib. 9-cu yerdəki "Kəpəz" 6-cı yerdəki "Səbail"i qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra Şahin Diniyevin komandası xallarını 30-a çatdırıb və "Sabah"ı üstələyərək 5-ci pilləyə yüksəlib.
Turun son 3 oyunu isə sabah keçiriləcək.
12 fevral (bazar ertəsi)
15:00.“Kəpəz” – “Səbail” - 1:4
Qol: Martins Junior, 29 (1:0), Aleksandr Ramalinqom, 45+6-pen. (1:1), Rüfət Abdullazadə, 52 (1:2), Suleyman Alluş, 60 (1:3), 90 (1:4)
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Qəbələ şəhər stadionu