“Bu oyunda qalib gəldiyimiz üçün çox şadam. Amma hər şey qarşıdadır”
Sportliqa.az xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir deyib.
Fransalı oyunçu Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “İkinci oyun çox ağır olacaq. Evdə oynamağımıza baxmayaraq, rəqib qol vurmağa çalışacaq. Növbəti mərhələ üçün daha çox çalışmalıyıq. Ciddi şəkildə hazırlaşacağıq”.
Zubir matçda vurduğu 2 qoldan söz açıb: “Əlbəttə ki, qol vurmaq yaxşıdır, amma əsas komandanın uğurlarıdır. Qol vurduğuma görə şadam. Ümid edirəm ki, növbəti görüşdə də qələbə qazanacağıq. Ötən günkü kimi qollar vurub qalibiyyət əldə edəcəyik. Rəqib Bakıda daha təhlükəli olacaq. Onlar bizi analiz edəcəklər, qol vurmağa çalışacaqlar. Biz çox işləməliyik. Şansların nə qədər olduğunu deyə bilmərəm, amma yaxşı təəssüratlarla yadda qalmaq istəyirik”.