Portuqaliyanın “Braqa” komandasının futbolçuları Alvaro Djalo və Abel Ruiz Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan “Qarabağ”ı ilə Bakıda keçirdikləri cavab oyununu (3:2, ilk oyun – 2:4) şərh ediblər.
Sportliqa.az xəbər verir ki, onlar “Qarabağ”ın uğurunu yüksək qiymətləndiriblər.
“Qarabağın oyunçusu meydandan qovulandan sonra biz rəqibdən üstün olduq və ən çətin şeyi bacardıq – oyunu əlavə vaxta keçirək. Amma son dəqiqələrdə qol vuraraq bizi “öldürdülər”. Qolu vuranda düşündüm ki, vəziyyəti döndərə bilərik. İlk qolu buraxanda belə bunu edə biləcəyimizi göstərdik. Sonra penaltidən qol vurduq. Qovulduqdan sonra rahat oynayan komandaya inanırdım, amma son dəqiqələrdə qol vurdular, futbolda belə olur. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım. Bu itkiyə görə kədərlənirəm”, – Djalo deyib.