Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” klubu “Polissya”nı qəbul edib. Bolqollu keçən oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Renat matçın 65-ci dəqiqəsində - komandası 2:1 öndə olan zaman meydana daxil olub.
Hazırda “Bukovina” 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az